Topaz Premyer Liqasında XV turun oyun cədvəli müəyyənləşib. Matç.az xəbər verir ki, 2019-cu ilin ilk turu iki günü əhatə edəcək.

Mövsümün ikinci yarısına "Zirə" – "Sabah" matçı ilə start veriləcək. "Qarabağ"la "Neftçi" arasında turun mərkəzi oyunu isə fevralın 3-də saat 18:30-da başlayacaq.

Qeyd edək ki, turun bütün görüşləri "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Topaz Premyer Liqası

XV tur

2 fevral (şənbə)

16:30. "Zirə" – "Sabah"

Zirə İdman Kompleksinin stadionu

19:00. "Keşlə" – "Səbail"
"ASK Arena"

3  fevral (bazar)

14:00. "Qəbələ" – "Sumqayıt"
Qəbələ şəhər stadionu

18:30. "Qarabağ" – "Neftçi"
Tofiq Bəhramov adına Respublika Stadionu

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest