"Hannover"in yeni baş məşqçisinin adına aydınlıq gəlib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu posta Tomas Doll gətirilib.

Komandanın hansı divizionda iştirakından asılı olmayaraq, 52 yaşlı mütəxəssis 2020-ci ilin yayına qədər "Hannover"ə rəhbərlik edəcək. Onun köməkçisi kimi Ralf çudmik fəaliyyət göstərəcək. Karyerası ərzində bir neçə ölkədə çalışmış Tomas Doll "Ferensvaroş"la ölkə çempionu, 3 dəfə ölkə kubokunun qalibi olub, Dortmund "Borussiya"sını Almaniya Kubokunun finalına qədər aparıb.

Qeyd edək ki, Doll "Hannover"də Andre Braytenrayteri əvəz edib. Komanda 19 turdan sonra 11 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest