"Məğlub olmağımıza baxmayaraq, hələ də nikbinəm. Bu komanda daha artığını bacarır". Matç.az saytının məlumatına görə, bu sözlər Farer adaları yığmasının kapitanı Atli Qreqersenə məxsusdu.

UEFA Millətlər Liqasının qrup mərhələsində millimizi qəbul edən farerlilər 0:3 hesablı yenilgiyə məruz qalıblar.

Görüşlə bağlı yerli mətbuata açıqlama verən müdafiəçi Kosovo ilə oktyabrın 14-də keçiriləcək matç barədə ümidli danışıb: "Fərdi səhvlərimiz bizi məğlubiyyətə sürüklədi. Bunun da müxtəlif səbəbləri var. Bəzi futbolçularımız klubunda az meydana çıxdıqları üçün oyun praktikasından əziyyət çəkirlər. Rəqibdə isə belə deyil. Hələ də ümidimizi üzməməliyik. Kosovo ilə oyun bu baxımdan çox vacibdi. Həmin görüşdə uğurlu nəticə qazana bilsək, vəziyyəti bir qədər düzəltmiş olarıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest