Bu gün Kaliforniya ştatının İnqlvud şəhərində Bellator Qran-prisində ağır çəkidə final döyüşü baş tutub. Matç.az xəbər verir ki, bu "Bellator 214" turnirinin əsas döyüşü olub. Dünya şöhrətli Fyodor Yemelyanenko UFC-nin eks çempionu Frenk Mir və UFC çempionluğuna eks namizəd çeyl Sonnen üzərində vaxtından əvvəl qələbə qazanıb finala yüksəlmişdi.

Yemelyanenkonun finaldakı rəqibi Rayan Beyder isə buna qədər Kinq Mo Lavalı nokauta göndərmiş, yarımfinalda isə hakimlərin yekdil rəyi ilə Mett Motro üzərində qələbəni bayram etmişdi.

Final cəmi 35 saniyə çəkib. Amerikalı döyüşçü rusiyalı rəqibini nokauta göndərməklə çempionluq kəmərinə sahib olub. Bu Yemelyanenkonun 45-ci döyüşdə 6-cı məğlubiyyəti idi, Beyderin hesabında isə 27 qələbə və 5 məölubiyyət var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest