Millətlər Liqası turniri çərçivəsində keçiriləcək Azərbaycan – Malta oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb. Matç.az saytı xəbər verir ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmadan bir gün öncə hər iki komandanın açıq məşqi və mətbuat konfransı təşkil olunacaq.

Oktyabrın 13-də saat 17:15-də Malta milli komandasının baş məşqçisi və futbolçularının iştirakı ilə mətbuat konfransı baş tutacaq. 45 dəqiqə sonra isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq keçiriləcək.

Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov və futbolçulardan biri saat 19:00-da jurnalistlər önünə çıxacaq. 19:30-da isə millimizin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi başlayacaq.

Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi stadionda təşkil olunacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest