İspaniyanın "Real" klubu ciddi itkiylə üzləşib. Matc.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Kərim Benzema sıradan çıxıb. Bu barədə AS nəşri məlumat yayıb.
 
Benzema La Liqanın 16-cı turunda "Real Sosyedad"la keçirilən səfər matçında (2:0) zədələnib.
 
Fransalı futbolçu zədə səbəbindən çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "İnter"lə (İtaliya) keçiriləcək matçı buraxa bilər.
 
Dekabrın 7-də keçiriləcək "Real" – "İnter" matçı saat 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest