Azərbaycan yığması Belarusun paytaxtı Minskdə keçirilən fiqurlu konkisürmə üzrə Avropa çempionatını başa vurub. Matç.az xəbər verir ki, kişilərin yarışında çıxış edən Vladimir Litvintsev yarışı 16-cı yerdə başa vurub.

Qısa proqramda 14-cü olan idmançımız sərbəst rəqs zamanı 15-ci yerlə kifayətlənib. Yekunda 204,28 xal toplayan təmsilçimiz ümumi nəticədə 16-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, kişilərin yarışında ispaniyalı Xavyer Fernandes 7-ci dəfə qitə çempionu olub – 271,59 xal.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest