Yeri gəlmişkən, AFFA-nın öz futbol akademiyasının da təmir olunması qərara alınıb. Bunun üçün FIFA Forward Layihəsindən 150 min ABŞ dolları məbləğində maliyyə də ayrılıb.

Gəncədə Futbol Akademiyası inşa olunacaq. Matc.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.
 
Qurum akademiyanın inşasını təsdiqləyib. Bu işlər AFFA tərəfindən keçirilmiş tenderə uyğun olaraq gerçəkləşdiriləcək.
 
Yeri gəlmişkən, AFFA-nın öz futbol akademiyasının da təmir olunması qərara alınıb. Bunun üçün FIFA Forward Layihəsindən 150 min ABŞ dolları məbləğində maliyyə də ayrılıb.
 
Xatırladaq ki, daha öncə Tovuzda da AFFA tərəfindən akademiya inşa olunub.
 
AFFA İcraiyyə Komitəsinin digər bir qərarına əsasən, “Dalğa Arena”nın yaxınlığında yerləşən, müvafiq infrastruktura daxil olmayan AFFA-ya məxsus torpaq sahəsi satışa çıxarılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest