İngiltərənin "Liverpul" klubu yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, Mersisayd təmsilçisi buna Premyer Liqanın 14-cü turu çərçivəsində ötən gecə "Everton"u səfərdə 4:1 hesabı ilə məğlub etdikləri oyunda nail olub.
 
Yurgen Kloppun komandası ardıcıl 18 oyunda ən azı iki qol vuran ilk kollektivə çevrilib. Əvvəlki rekord 1927-ci ildə 17 qarşılaşmada ən azı iki dəfə fərqlənməyi bacaran "Sanderlend"ə məxsus idi.
 
"Liverpul"un seriyası sentyabrın 12-də "Lids"i 3:0 hesabı ilə məğlub etdikləri matçla başlayıb. Bu komanda o vaxtdan bəri rəqib qapılarından 57 top keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest