Futbol üzrə Türkiyə kubokunda 4-cü təsnifat mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Namik Ələskərovun formasını geyindiyi "Bursaspor" da bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda aşağı liqa təmsilçisi "Kırşəhər Bələdiyyəspor"la qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabıyla bitib. Əlavə vaxtda daha bir qol vuran Bursa təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.
 
Namik bu görüşün iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də salınmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest