"Burada öz arzumu gerçəkləşdirmək istəyirdim. Zədə ilə bağlı problem yarananda rəhbərliyə dedim ki, istənilən məbləğə burada qalmağa hazıram"

"Levski"dən təklif gələndə "Qarabağ"la müqaviləm davam edirdi".Matc.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın sabiq futbolçusu Simeon Slavçev Bolqarıstanın "7/8" telekanalına açıqlamasında karyerası barədə danışarkən deyib.
 
Slavçev 2018/2019 mövsümündə "Qarabağ"ın formasını geyinib. Bolqarıstanlı yarımmüdafiəçi bildirib ki, ölkəsində "Levski"yə keçmək üçün böyük pullardan imtina edib:
 
"Burada öz arzumu gerçəkləşdirmək istəyirdim. Zədə ilə bağlı problem yarananda rəhbərliyə dedim ki, istənilən məbləğə burada qalmağa hazıram.
 
Amma komandama kömək edə bilməmək mənim üçün ağırdır".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest