"özünüz də matçın bizim üçün nə qədər çətin keçdiyinin şahidi oldunuz. Meydançanın süni örtüklü olması oyunumuza təsir edirdi. Amma əvvəlcədən də hansı meydançada oynayacağımızı və bizi nələrin gözlədiyini bilirdik. Toparlanmağı bacardıq və baş məşqçimizin dediyi kimi kənarda səbəb axtarmamalı, döyüşməli və vətənə qələbə ilə dönməli idik. Yenə də təkrarlayıram, oyun çox ağır keçdi. Şükürlər olsun ki, qələbə qazanmağı bacardıq". Matç.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Mahir Mədətov UEFA Millətlər Liqasının III turunun Farer adaları ilə oyunundan (3:0) sonra deyib. Qələbəni şərh edən hücumçu daha sonra jurnalistlərin suallarını cavablandırıb.
 


- Oyunun gedişində qaşın partladı. Həmin epizodu necə xatırlayırsan?
- (gülür) Baş-başa toqquşduq, qaşım partladı. Ciddi bir şey yoxdu, həkim iki tikiş qoydu, oyunu davam etdirdim. Hər şey qaydasındadı.


- Farer adalarınadək 14 saatlıq uçuş daha çox çətinlik yaratdı, yoxsa meydançanın süni olması?
- Farer adalarına gəldikdən sonra Qurban Qurbanov dincəlmək üçün bizə yetərincə vaxt verdi. Həmçinin, oyun öncəsi məşqi gündüz saatlarına saldı ki, əlavə dincəlmək üçün də vaxtımız qalsın. Süni örtüklü meydança isə bizə həqiqətən çətinlik yaradırdı. üstəlik, oyunun başlamasına az vaxt qalmış topları da dəyişdirdilər. Biz başqa toplarla hazırlaşmışdıq, amma hava şəraitinə görə qırmızı toplar verdilər. Nə deyim, hər şeyi özünüz gördünüz.

- Uzun yol qət etdiniz və Farer adaları ilə gərgin oyun keçirdiniz. Qalan günlər ərzində Malta ilə görüş üçün bərpa ola biləcəksiniz?
- çalışacağıq ki, bərpa ola bilək. Maksimum dərəcədə yaxşı dincəlməliyik. çətinliklərin hamısını unudub Malta ilə matçda da azarkeşlərimizi sevindirməliyik.

- 3 turdan sonra qrup birinciliyi uğrunda mübarizənin Kosovo və Azərbaycan arasında gedəcəyini söyləyə bilərik?
- Baş məşqçimiz bizə həmişə öyrədir ki, qarşıdakı hədəfə çatmaq barədə düşünmək lazımdır. Başqa sözlə, indi yalnız Malta ilə Bakıdakı qarşılaşma barədə düşünməliyik (qol.az).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest