Futbol üzrə Portuqaliya çempionatının 12-ci turunda maraqlı hadisə baş verib. Matc.az xəbər verir ki, autsayderlərdən olan "Belenenseş" öz meydanında "Benfika"nı qəbul edib. Amma koronavirusa kütləvi yoluxma səbəbindən meydan sahibləri matça cəmi 9 futbolçu ilə çıxa biliblər. Maraqlıdır ki, 9 futbolçudan ikisi qapıçı olub. Qolkiperlərdən biri sahə oyunçusu kimi çıxış edib.
 
Artıq 1-ci dəqiqədə avtoqolun qeydə alındığı görüşün ilk hissəsi qonaqların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Fasilədən sonra "Belenenseş" meydana 7 nəfərlə qayıdıb. Bununla belə, 46-cı dəqiqədə Monteyro yerə uzanaraq, zədələndiyini bildirib. "Belenenseş"in heyətində oyunçu sayı 7-dən az olduğu üçün referi görüşü vaxtından əvvəl başa çatdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest