Emiliano Salanı Uelsə aparan təyyarənin itkin düşməsinə baxmayaraq, onu "Nant"dan transfer edən "Kardiff" Fransa klubuna ödəniş edəcək. Matç.az saytı xəbər verir ki, bunu FİFA-nın hüquqşünası Aleksander Koen deyib.

O bildirib ki, futbolçu itkin düşməzdən əvvəl "Kardiff" onun adını FİFA-da qeydiyyatdan keçirib. Bu üzdən Uels təmsilçisi qarşı tərəfə 17 milyon avro transfer məbləğini ödəyəcək.

Hüquqşünas eyni zamanda "Kardiff"in sığorta ilə bağlı müraciətinin mümkünlüyünü vurğulayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest