Asiya Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Matç.az saytının məlumatına görə, bu gün keçirilən daha 2 oyunla digər yarımfinalçılar müəyyənləşib.

Qətər Cənubi Koreyanı yeganə qol sayəsində üstələyib. Ev sahibi Birləşmiş Ərəb Əmirlikləri ilə Avstraliya arasındakı dueldən isə birincilər qalib ayrılıb.

Beləliklə, bu günün qalibləri olan Qətərlə BƏƏ yarımfinalda üz-üzə gələcək. Final yolundakı digər cütlükdə isə İran və Yaponiya qarşılaşacaq. Yarımfinal mərhələsinin oyunları yanvarın 28-də və 29-da keçiriləcək.

 

Asiya Kuboku

1/4 final

Cənubi Koreya - Qətər - 0:1

Qol: Hatim, 79

BƏƏ - Avstraliya - 1:0

Qol: Mabxut, 68

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest