"Qəbələ" 2018-2019 mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "qırmızı-qaralar" Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 13-cü gününü başa vurub.

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Futbolçular toplu çalışmaları yerinə yetiriblər.

Qeyd edək ki, "Qəbələ" sabah toplanış çərçivəsində son oyununu keçirəcək. Komanda Macarıstanın MTK klubu ilə qarşılaşacaq. Yanvarın 27-də səhər saatlarında Antalyanı tərk edəcək "qırmızı-qaralar" vətənə yola düşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest