AFFA İcraiyyə Komitəsinin növbəti Hesabat Konfransının vaxtı müəyyənləşib. Matç.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, yığıncaq martın 4-də baş tutacaq.

Saat 10:00-da "Hilton" otelində əvvəlcə Hesabat Konfransı, ardından isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

- Prezident tərəfindən salamlama;

- Yığıncağın tərkibinin yoxlanılması;

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması;

- Maliyyə hesabatının təsdiq olunması;

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq;

- Növbəti ilin büdcəsinin təsdiq olunması;

- Hər hansı vakant vəzifəyə seçkilər;

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması;

- Digər məsələlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest