Argentinalı futbolçu Emiliano Sala qış "transfer pəncərəsi" zamanı "Nant"dan "Kardiff"ə keçmişdi. Uels klubu tarixinin ən böyük məbləğini - 20.5 milyon funt ödədiyi futbolçunun gəlişini gözlərkən Salanın mindiyi özəl təyyarə radardan itib.

Gernsi polisi Emiliano Salanın axtarışını dayandırıb. Matç.az saytının məlumatına görə, bu barədə ada polis təşkilatı rəsmi tviter səhifəsi vasitəsilə açıqlama yayıb.

Əməliyyat-axtarşı qrupunun rəhbəri Devid Barker bildirib ki, onların intensiv axtarışlarına baxmayaraq, itən təyyarə ilə bağlı heç bir izə rast gəlməyiblər: "Buna görə də aktiv axtarışlar dayandırılıb. Bu qərarı vermək asan başa gəlmədi. Axtarış dayansa da, iş hələ də açıq qalır. Pilotun və təyyarənin sakininin ailəsini anlayırıq, amma əldən bir şey gəlmir.

Qeyd edək ki, sözügedən faciə Lamanş boğazı üzərində baş verib. Belə ki, argentinalı futbolçu Emiliano Sala "qış transfer pəncərəsi" zamanı "Nant"dan "Kardiff"ə keçmişdi. Uels klubu tarixinin ən böyük məbləğini – 20.5 milyon funt ödədiyi futbolçunun gəlişini gözlərkən Salanın mindiyi özəl təyyarə radardan itib. Cəmi 30 dəqiqə davam etməli uçuşun 15-ci dəqiqəsində hava gəmisindən xəbər almaq mümkün olmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest