Bunadək millimiz 60 qarşılaşmada yalnız iki dəfə səfərdən 3 xalla dönmüşdü. Avropa çempionatlarının seçmə mərhələlərində rəqib meydanında qələbə nə olduğunu bilməyən komandamız hər iki uğurunu DÇ-yə aparan yolda bayram edib.

Azərbaycan millisi tarixində 3-cü dəfə rəsmi xarakterli səfər matçında qələbə qazanıb. Matç.az saytı xəbər verir, yığmamız Millətlər Liqasının III turunun Farer adalarındakı görüşündə 3:0 hesabı ilə qalib gəlib.

Bunadək millimiz 60 qarşılaşmada yalnız iki dəfə səfərdən 3 xalla dönmüşdü. Avropa çempionatlarının seçmə mərhələlərində rəqib meydanında qələbə nə olduğunu bilməyən komandamız hər iki uğurunu Dç-yə aparan yolda bayram edib.

2009-cu il oktyabrın 9-da Berti Foqtsun rəhbərlik etdiyi milli Lixtenşteyndə tarix yazıb. Rəsmi matçlardakı ilk səfər qələbəmiz 2 cavabsız qolla gəlib.

2016-cı il sentyabrın 4-də isə Robert Prosineçkili yığma San-Marinodan "əlidolu" gəlib. Bu 3 xalı 1 qol qazandırıb.

767-ci gündən sonra növbəti səfər zəfəri gəldi. Daha böyük – 3 top fərqilə qazanılan uğuru əvvəlkilərdən baş məşqçinin yerli olması fərqləndirir.

Qurban Qurbanov yığma ilə rəsmi xarakterli matçlarda qələbə qazanan 3-cü baş məşqçi oldu. Əcnəbilər - Foqts və Prosineçkinin uğurunu təkrarlayan mütəxəssis onadək heç bir azərbaycanlı məşqçinin görmədiyi uğura imza atdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest