Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandanın tərkibində 26 futbolçu var.

Paşayevin də olduğu siyahıda həmçinin iki yeni oyunçu var. Bunlar braziliyalı Anderson çurbi və slovakiyalı İvan Şrantsdı. Vladimir Şaranın komandası onlardan əvvəl yarımmüdafiəçi Denis Dedeçkonu transfer etmişdi.

Qeyd edək ki, Ukrayna Premyer Liqasında 3-cü pillədə qərarlaşan "Aleksandriya" Alanyada 5 yoxlama görüşü keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest