"Qəbələ" 2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir. Matç.az xəbər verir ki, "qırmızı-qaralar" Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 11-ci gününü başa vurub.

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Meydançada baş tutan məşq əsasən toplu çalışmalardan ibarət olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest