İtaliyalı mütəxəssis Cennaro Qattuzo "Cenoa" klubundan təklif alıb. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
A Seriyası təmsilçisi komandanın baş məşqçi postu üçün Qattuzoya təklif göndərsə də, mütəxəssisin cavabı "yox" olub.
 
Qattuzo son olaraq İtaliyada "Napoli"ni çalışdırıb. 43 yaşlı mütəxəssis hazırda işsizdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest