"Rayo Valyekano" İspaniya La Liqasının 11-ci turunda "Barselona"nı məğlub edib – 1:0. Matc.az xəbər verir ki, sözügedən oyunda komandasının qələbə qolunu vuran Radamel Falkao çempionatın tarixinə düşüb.
 
Belə ki, Falkao La Liqada komandasıyla ilk 6 oyunda 4 qol vurmağı bacaran ən yaşlı futbolçu olub. O, bu uğura 35 yaş 259 günlüyündə nail olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest