Niderlandın "Ayaks" klubu futbolçusu Edson Alvareslə müqaviləni yeniləyib. Matc.az xəbər verir ki, meksikalı müdafiəçiylə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Meksika millisinin də üzvü olan Alvares 2019-cu ilin yayından "Ayaks"da çıxış edir.
 
24 yaşlı futbolçunun "transfermarkt"da dəyəri 17 milyon avrodur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest