Futbol üzrə İsveçrə kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Bazel” də növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə “Etual” ilə qarşılaşıb. 0:1 hesabıyla uduzan “Bazel” mübarizəni dayandırmaq məcburiyyətində qalıb.
 
“Qarabağ” “Bazel”lə Bakıda baş tutan ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest