Rusiyanın "Krasnodar" komandasının sabiq baş məşqçisi Murad Musayev "Sabah"la razılığa gəldiyi haqda çıxan xəbərlərə münasibət bildirib. Matc.az xəbər verir ki, 38 yaşlı mütəxəssis, bununla bağlı Rusiya mətbuatına açıqlama verib. O, rəsmi açıqlama olmadan bu haqda danışa bilməyəcəyini deyib:
 
"Rəsmi bəyanatdan əvvəl heç nə söyləməyəcəm. Ona görə də, mən bu məlumatı təsdiq edə bilmərəm".
 
Rusiyanın "Championat" nəşri Musayevin "Sabah"la razılaşdığını və yaxın zamanda tərəflər arasında rəsmi müqavilə imzalanacağını xəbər verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest