"Barselona"nın baş məşqçisi Ronald Kuman Kataloniya təmsilçisindən ayrılıb. Matc.az xəbər verir ki, bu barədə La Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
 
Niderlandlı mütəxəssis İspaniya çempionatının 11-ci turu çərçivəsində baş tutan "Rayo Valekano" ilə oyundan sonra istefaya göndərilib. Bu oyunda 0:1 hesabıyla uduzan Kataloniya klubunun rəhbərliyi maçtdan dərhal sonra Kumanı postundan kənarlaşdırmağa qərar verib.
 
"Barselona" La Liqanın cari mövsümündə keçirdiyi 10 matçdan sonra 15 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 
 
Ronald Kuman ötən ilin avqustundan "Barselona"ya rəhbərlik edirdi. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest