"Azərbaycan komandası ilə görüşdə hamıya şans verməyə çalışdım. Ən yaxşı formamıza çatmaq üçün iki həftə vaxtımız var". Matç.az saytının məlumatına görə, bunu "Paksi" klubunun baş məşqçisi Auriel çertoy deyib.

Antalyadakı təlim-məşq toplanışı çərçivəsində dünən "Zirə" ilə qarşılaşan Macarıstan təmsilçisi İlkin Qırtımovun yeganə qolu sayəsində meydanı məğlub tərk edib - 0:1.

Oyunla bağlı klubun rəsmi saytına danışan çertoy istədiyi performansı izləmədiyini etiraf edib: "Elə də yaxşı oyun keçirmədik. Bununla belə, "Zirə"nin xüsusi qol şansı olmadı. Kobud bir səhvdən yararlanaraq, məqsədlərinə çatdılar. Qısa müddətdə komanda toparlanmağı bacardı. Buraxılan qoldan sonra komandamın buna cavab verməsini gözlədim".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest