Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov klubu "Proyssen"də əsas heyətdəki yerini itirə bilər. Matç.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Marko Antverpen Köln "Fortuna"sı ilə yoxlama görüşündə gənc forvard Kirill Akonodan razı qalıb.

çalışdırıcı 1:1 hesabı ilə başa çatan qarşılaşmada komandasının yeganə qoluna imza atan 19 yaşlı oyunçunun bundan sonra əsas komanda ilə birlikdə olacağını söyləyib. Antverpen hücum xəttindən məmnunluğunu dilə gətirib: "Hücumçularımızdan tələblərimiz aydındı: topu ayağında tutmaq, rəqib müdafiəçilərini təzyiqdə saxlamaq və təhlükəli mövqelərə doğru irəliləmək. Hücumçularımızda bu xüsusiyyətlər var. U-19 komandamızın üzvü Akono da özünü yaxşı tərəfdən göstərməyi bacardı. Bu, hücumda rəqabətə təkan verəcək".

Qeyd edək ki, "Proyssen" III Bundesliqanın XXI turu çərçivəsində yanvarın 26-da "Karl Zeys Yena"nın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest