Antalyada təlim-məşq toplanışında olan "Keşlə"də Merqim Brahiminin taleyinə aydınlıq gəlib. "Panionios"un sabiq üzvü bakılıların heyətində baxışdan keçib. Baş məşqçi Tərlan Əhmədov Özbəkistanın U-23 yığması ilə yoxlama görüşündə 26 yaşlı yarımmüdafiəçini sınaqdan keçirib.

Antalyada təlim-məşq toplanışında olan "Keşlə"də Merqim Brahiminin taleyinə aydınlıq gəlib. Matç.az saytının məlumatına görə, "Panionios"un sabiq üzvü bakılıların heyətində baxışdan keçib.

Baş məşqçi Tərlan Əhmədov özbəkistanın U-23 yığması ilə yoxlama görüşündə 26 yaşlı yarımmüdafiəçini sınaqdan keçirib. Lakin onun oyunu çalışdırıcının ürəyincə olmayıb. Bir neçə gündü düşərgəni tərk edən orta sahə oyunçusuna ehtiyac duyulmadığı xəbəri artıq çatdırılıb.

Qeyd edək ki, "Keşlə" qış fasiləsində Vüsal İsgəndərli, Emin Mehtiyev və Con Kamaranı transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest