Rusiya təmsilçisi Antalyadakı təlim-məşq toplanışı çərçivəsində dünən Azərbaycan millisi ilə qarşılaşıb. 1:1 hesabı ilə nəticələnən görüşdən sonra 42 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlama verib.

"Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, hazırlığımızı davam etdiririk. Hər şey plan üzrə gedir". Matç.az saytı xəbər verir ki, bu sözləri "Krasnodar-3" komandasının baş məşqçisi Mxitar Davidyan deyib.

Rusiya təmsilçisi Antalyadakı təlim-məşq toplanışı çərçivəsində dünən Azərbaycan millisi ilə qarşılaşıb. 1:1 hesabı ilə nəticələnən görüşdən sonra 42 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlama verib.

Erməni əsilli çalışdırıcı yığmamızın ünvanına xoş sözlər söyləyib: "Rəqibimiz yüksək keyfiyyətli komanda idi. Yaxşı təşkilatlanmış futbol oynayırlar. Yığma həmin yaşda ölkənin ən güclülərinin toplaşdığı komandadı. Bir sözlə, rəqib layiqli komanda idi. O ki qaldı bizə, oyun epizodlarında pis deyildik. Taktiki planda çalışmalarımızı davam etdiririk. Amma komanda texniki cəhətdən çox yaxşı idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest