Avropa Konfrans Liqasının “Twitter”dəki rəsmi səhifəsi “Qarabağ”la bağlı paylaşım edib. Matc.az xəbər verir ki, paylaşımda Ağdam klubunun Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sabah”ı 2:1 hesabı ilə məğlub etdiyi səfər oyunundan fotolar yayımlanıb.
 
“Başqa bir həftəsonu, “Qarabağ”ın növbəti qələbəsi” başlıqlı paylaşımda komandanın bütün turnirlərdə ardıcıl 15 oyundur məğlub olmaması, 10 qələbə qazanıb, 5 dəfə heç-heçə etməsi vurğulanıb.
 
"Qarabağ" Konfrans Liqasında növbəti oyununu oktyabrın 21-də Qazaxıstan “Kayrat”ına qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu oyuna saat 20:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest