"Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

"Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, Quliyev, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- "Qarabağ"dan çox danışmağa ehtiyac yoxdur. Oyuna ciddi hazırlaşmışdıq. Baxmayaraq ki, heyətdə 4-5 futbolçu yox idi. Yenə də, komanda bu matçda yaxşı çıxış etdi. Oyunun gedişində azlıqda qalsaq da, meydanda həqiqi komanda gördüm. ötən il də yaxşı oyunlarımız vardı. Bu gün məğlub olsaq da, komandada xarakter gördüm. Komandanın bu oyunu qürurvericidir.
 
- Komandanı pis vəziyyətdə qoyan Xulio Sezar Rodriqesə nəsə cəza veriləcək?
- Sözsüz, qırmızı vərəqə yolverilməzdir. Rodriqeslə bu haqda danışacağıq.
 
- Klub prezidenti sizə nə dedi?
- O, komandaya sərgilədiyi oyuna görə təşəkkür etdi.
 
- Mükafat veriləcəkmi komandaya?
- Elə bir vəziyyətdi ki, mükafat olsa da, futbolçular onu götürməyə cəsarət edə bilməz. Futbolçuların mənliyi buna icazə verməz. 
 
- 7 oyuna 1 xal. Bəs, qələbə nə vaxt olacaq?
- Mən məcburam ki, hər oyundan sonra açıqlama verim. Bu 7 oyunda ən əziyyət çəkdiyim matçdan sonra bura gəlməkdi. Bəlkə də, Azərbaycan çempionatları tarixində 7 oyuna 1 xal qazanan komanda olmayıb. Hər şeyi detallı şəkildə təhlil edirik. Ehtiyat oyunçular skamyamız zəif idi. İkisini çıxmaqla, qalanları gənc oyunçular idi. Petar Şkuletiç bu gün meydana ağrıkəsici ilə çıxmışdı. Biz komandanı bir yerə yığa bilmirik. Dünən məşqin sonunda Kristian Sebalyos zədələndi. Bu, çox gözlənilməz oldu. Qələbəni biz də axtarırıq.
 
- Hər dəfə rəqib "Qarabağ" olmalıdır ki, belə oynayasız?
- "Qarabağ"ın adı elə motivasiyadır. Bu oyun bəlkə də, nəyinsə başlanğıcı olacaq.
 
- Mətbuatda komandadan göndəriləcəyiniz və artıq yeni baş məşqçinin bilindiyi söhbətləri gedir? Bu oyunun sizin üçün son olduğunu düşünürsüz?
- Mətbuatda belə söhbətlərin olması normaldır. Mənimlə bağlı qərarı rəhbərlik verir. Onların verdiyi qərar mənim üçün qanundur.
 
- özünüz getsəz, daha yaxşı olmaz?
- Siz məsələnin nə yerdə olduğunu bilmirsiz. Klubdaxili məsələlər var, bilmirsiz. Hər şeyi burda deyə bilmərəm. Bəlkə də, sizlər istəyirsiz ki, mən gedim.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest