Lakin "Keşlə" Qazaxıstan klubu ilə bacarmayıb. 3 qol buraxan təmsilçimiz meydanı məğlub tərk edib.

Topaz Premyer Liqasının II dövrəsinə hazırlıqları Antalyada davam etdirən "Keşlə" növbəti sınaq oyununa çıxıb. Matç.az saytının məlumatına görə, Tərlan Əhmədovun yetirmələri 3-cü yoxlama görüşündə Qazaxıstan təmsilçisi "Atırau" ilə qarşılaşıb.

"Starlight Resort Hotel"in meydançasında baş tutan oyunda hesabı təmsilçimiz açıb. Rəqib qapısına Nikola Mitroviç yol tapıb.

Lakin "Keşlə" Qazaxıstan klubu ilə bacarmayıb. 3 qol buraxan təmsilçimiz meydanı məğlub tərk edib.

Qeyd edək ki, "Keşlə" ilk iki oyununda özbəkistanın gənclər millisi ilə bərabərliyə razılaşmış (0:0), Vranye "Dinamo"suna isə uduzmuşdu – 0:2.

Hazırlıq oyunu

23 yanvar

"Keşlə" (Azərbaycan) – "Atırau" (Qazaxıstan) - 1:3

Qol: Nikola Mitroviç, 5

Antalya. "Starlight Resort Hotel"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest