Polşanın “Legiya” klubunda çıxış edən azərbaycanlı hücumçu Mahir Emrelinin transfer dəyəri artıb. Matc.az “transfermarkt”a istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun qiyməti 1 milyon avrodan 2 milyon avroya yüksəlib.
 
Mahir Polşa Ekstraklasasında çıxış edən ən dəyərli futbolçuların siyahısında 14-cü yerdə qərarlaşıb.
 
Bu yay “Legiya” ilə 3+1 illik müqavilə imzalayan Mahir Varşava təmsilçisində 19 oyuna 10 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest