İtaliyanın "Milan" klubu heyətini yeni qapıçı ilə gücləndirib. Matc.az xəbər verir ki, Milan şəhərinin eyniadlı təmsilçisi Antonio Miranteni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 38 yaşlı qolkiperlə cari mövsümün sonunadək müqavilə imzalanıb. Təcrübəli qapıçı yeni komandasına azad agent kimi keçib.
 
"Milan"ın mövsümün gedişində belə bir transfer həyat keçirməsinə əsas qapıçısı Mik Menyanın ağır zədə alması səbəb olub. Belə ki, o, 10 həftəlik sıradan çıxıb.
 
Son klubu "Roma" olan Antonio Mirante bu ilin iyununda "canavarlar"la vidalaşıb. İtaliyalı qolkiper karyerası ərzində ölkəsinin "Yuventus", "Krotone", "Syena", "Sampdoriya", "Parma" və "Bolonya" klublarının da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest