İtaliyanın "Milan" klubunun futbolçusu Teo Hernandes koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 24 yaşlı müdafiəçidə koronavirus aşkarlandığı bildirilib.
 
Teo bir neçə gün əvvəl Fransa yığmasıyla UEFA Millətlər Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest