Futbol üzrə Azərbaycan Kubokunda 2021/2022-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşib. Matc.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, Birinci Divizion təmsilçiləri olan "Zaqatala", "Kəpəz", "Qaradağ Lökbatan" və MOİK mübarizə aparacaq.
 
ölkə kubokunda püşkatma mərasimi noyabrın 10-da AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq və pandemiya qaydalarına riayət olunmaqla baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest