"Azərbaycanın ən böyük və ən qədim klubuyuq. SSRİ dağıldıqdan sonra klubumuz 8 dəfə çempion olub"

"Neftçi" və "Bursaspor" klubları arasında qardaşlıq və strateji əməkdaşlıq müqaviləsi imzalanıb. Matç.az-ın Türkiyə klubunun rəsmi saytına istinadən məlumatına görə, özlüce İbrahim Yazıcı Təsislərində baş tutan tədbirdə hər iki klubun prezidenti Ali Ay, Kamran Quliyev, həmçinin vitse-prezidentlər Cem öztürk və Elnur Eyvazov iştirak edib.

Mərasimə həmçinin "Bursaspor"un İdarə Heyətinin üzvləri də qatılıblar. Ali Ay çıxışında "Neftçi"ni Azərbaycanın köklü və çempion klubu adlandırıb: "Neftçi" rəhbərliyi ilə hansı istiqamətdə əməkdaşlıq edə biləcəyimizlə bağlı bir müddətdi müzakirə aparırdıq. Bu gün qardaşlıq və starteji əməkdaşlıq müqaviləsi üçün bir araya gəlmişik. Onlar "Fənərbaxça" ilə çempionat oyununda qonağımız oldular. Stadionumuzu, xüsusilə də, "Goldsit 1963" tribunamızı bəyəndilər. Təkcə idmanda deyil, qurum olaraq da hər sahədə işbirliyi edəcəyik. Bu əməkdaşlıq hər iki tərəf üçün xeyirli olsun".

Ardından söz Kamran Quliyevə verilib. O, "Bursaspor" kimi klubla əməkdaşlıq etdikləri üçün xoşbəxt olduqlarını söyləyib: "Bursaspor"un İdarə Heyətinə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycanın ən böyük və ən qədim klubuyuq. SSRİ dağıldıqdan sonra klubumuz 8 dəfə çempion olub. Dünən "Fənərbaxça" ilə oyununuzu izlədik. çox şanssız idiniz. Möhtəşəm stadionunuz, xüsusi klub və xüsusi azarkeşləriniz var. Sizdən örnək alacağımız çox şey var. Gələcəkdə birgə işlərimiz olacaq. Biz də sizi Bakıda görmək istəyirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest