Qazaxıstanın veteran futbolçusu Yusup Şadiyev ölkə çempionu "Astana"da baş verən dəyişikliklərə münasibət bildirib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, 64 yaşlı mütəxəssis ölkə çempionunun hələ də əvvəlki gücündə qaldığını düşünür.

O, Laslo Klaynhaysler, Riçard Almeyda və Baxtiyar Zaynutdinovun gedişinin "Astana"nın gücünə təsir etməyəcəyini bildirib: "Laslonun gedişi itkidi. Amma ən böyük problem İvan Mayevskinin ayrılması olar. Digərlərinin boşluğunu doldurmaq mümkündü. Zaynutdinov gənc və istedadlı olsa da, düşünmürəm ki, o, komandaya fərqli ab-hava gətirmişdi. Almeydanı isə Serikjan Mujikov asanlıqla əvəz edə bilər. Həmçinin Roman Murtazayev də bunu bacarar. ümumiyyətlə, Marin Ançiç, İvan Mayevski, Marin Tomasov və Nenad Eriç "Astana"nın liderləridi. Onlar qalsalar, komanda yenə ölkə çempionu olacaq".

Qeyd edək ki, Riçard Almeyda sabiq klubu "Qarabağ"a qayıdıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest