Futbol üzrə İtaliya yığmasının məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub. Matc.az xəbər verir ki, UEFA Millətlər Liqasının yarımfinalında İspaniya millisi son Avropa çempionunu 2:1 hesabıyla üstələyərək finala yüksəlib.
 
İtaliya yığması 37 oyun idi ki, yenilmirdi. Bununla da "Skuadra Adzurra" öz rekordunu yeniləmək şansını əldən verib.
 
Yeri gəlmişkən, İtaliya millisi baş məşqçi Roberto Mançininin rəhbərliyi altında ikinci dəfə birdən çox top buraxıb. Avropa çempionu son olaraq 2018-ci ilin iyununda Fransa ilə yoxlama oyununda 1:3 hesabı ilə məğlub olmuşdu.
 
Mançini 2018-ci ilin mayından İtaliya yığmasında baş məşqçi kimi çalışır.
 
Finala vəsiqə qazanan İspaniya millisi həlledici görüşdə Belçika - Fransa oyununun qalibi ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest