Makedoniyalılar ilk yarıda hesab edib. Lakin fasilədən sonra sumqayıtlılar 3 qol vuraraq əzmkar qələbə qazanıb. Öncə Arif Daşdəmirov, ardınca Xəyal Nəcəfov, matçın sonlarında isə penaltini dəqiq yerinə yetirən Elvin Məmmədov fərqlənib.

Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün yoxlama görüşündə qüvvəsini sınayıb. Matç.az saytının məlumatına görə, Ayxan Abbasovun yetirmələrinin rəqibi Makedoniya təmsilçisi "Vardar" olub.

İlk görüşündə Qazaxıstan klubu "Jetısu" il bərabərə qalan (1:1) "Sumqayıt" Manavqatda ik qələbəsini qazanıb. Düzdü, ilk oyunda olduğu kimi yenə təmsilçimiz hesabda məğlub duruma düşüb.

Makedoniyalılar ilk yarıda hesab edib. Lakin fasilədən sonra sumqayıtlılar 3 qol vuraraq əzmkar qələbə qazanıb. öncə Arif Daşdəmirov, ardınca Xəyal Nəcəfov, matçın sonlarında isə penaltini dəqiq yerinə yetirən Elvin Məmmədov fərqlənib.

Qeyd edək ki, bu, Premyer Liqa təmsilçisinin Türkiyədə 2-ci oyunu olub. Yanvarın 19-dakı "çelik"lə (Bosniya və Herseqovina) oyunu baş tutmayan "Sumqayıt" son matçını ayın 26-da "Zemun"a (Serbiya) qarşı keçirəcək.

Yoxlama görüşü

22 yanvar

"Sumqayıt" (Azərbaycan) - "Vardar" (Makedoniya) - 3:1

Arif Daşdəmirov, 54, Xəyal Nəcəfov, 57, Elvin Məmmədov, 86-p.

Antalya

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest