Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Asiya Kuboku turniri davam edir. Matç.az saytının məlumatına görə, bu gün 1/8 final mərhələsində daha 3 görüş baş tutub.

Bugünkü qarşılaşmalardan sonra meydan sahibləri ilə yanaşı, Yaponiya və Avstraliya mübarizəni davam etdirib.

1/4 final mərhələsində 3 cütlük artıq bəllidi. Yaponiya Vyetnamla, çin İranla, BƏƏ isə Avstraliya ilə yarımfinala vəsiqə uğrunda üz-üzə gələcək.

1/8 finala sabah keçiriləcək Cənubi Koreya - Bəhreyn və Qətər - İraq oyunları ilə yekun vurulacaq. Bu cütlüklərin qalibləri 1/4 finalda qarşılaşacaq.

 

Asiya Kuboku

1/8 final mərhələsi

Yaponiya - Səudiyyə Ərəbistanı - 1:0

Tomiyasu, 20

Avstraliya - özbəkistan - 0:0

Penaltilərlə - 4:2

Birləşmiş Ərəb Əmirlikləri - Qırğızıstan - 3:2

Esmael, 14, Mabxut, 64, Xalil, 102 (pen.) - Murzayev, 26, Rustamov, 90+1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest