Premyer Liqanın III dövrəsi üçün hazırlıqlarını Antalyada davam etdirən "Sumqayıt" sabah növbəti yoxlama oyununu keçirəcək. Matç.az saytı xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Makedoniya təmsilçisi "Vardar"la qarşılaşacaq.

Oyunun yeri və başlama saatı artıq açıqlanıb. Belə ki, Bakı vaxtı ilə 16:00-da start götürəcək görüş Manavqat şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, "Sumqayıt" hələlik Antalyada cəmi 1 yoxlama oyunu keçirib və "Jetısu" (Qazaxıstan) ilə qollu heç-heçə (1:1) edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest