"Qalatasaray"ın yarımmüdafiəçisi Qari Rodriges karyerasını İngiltərədə davam etdirə bilər. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu "Nyukasl"ın maraq dairəsindədi.

"Sağsağanlar" Kabo-Verde millisinin üzvü üçün mövsümün əvvəlində 15 milyon funt-sterlinq təklif etsə də, keçid baş tutmamışdı. "Nyukasl" yenidən qarşı tərəfin qapısını döyüb. Lakin İstanbul nəhəngi 28 yaşlı oyunçusunu mövsümün sonuna qədər satmaq niyyətində deyil. Premyer Liqa təmsilçisi isə qış fasiləsində bu keçidi reallaşdırmaqda qərarlıdı.

Qeyd edək ki, Qari Rodriges "Qalatasaray"a ötən il PAOK-dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest