Bu gün futbol üzrə UEFA çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulub. Matc.az xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qrupları üzrə daha 8 matç keçirilib.

Günün ilk görüşləri F və H qruplarında olub. "Yanq Boyz" İtaliyada "Atalanta"ya minimal hesabla uduzub. "Malmö" isə Rusiyada "Zenit"lə üz-üzə gəlib və darmadağına üzülüb. F qrupunun digər oyununda "Mançester Yunayted" "Vilyarreal"la qarşılaşıb və əzmkar qələbəyə sevinib.

Gecənin ən diqqətçəkən qarşılaşması İtaliyada "Yuventus"la turnirin son qalibi olan "çelsi" arasında baş tutub. "Zadəganlar" səfərdə minimal hesabla uduzublar.

E qrupunda "Barselona" Portuqaliyada "Benfika"nı, "Bayern" isə Kiyev "Dinamo"sunu sınağa çəkib. Münhen təmsilçisi darmadağına sevinən, Kataloniya təmsilçisi isə üzülən tərəf olub.

UEFA çempionlar Liqası
Qrup mərhələsi, 2-ci tur
29 sentyabr

H qrupu

Zenit (Rusiya) – Malmö (İsveç) 4:0
Qol: Klaudinyo, 9. Kuzyayev, 49. Sutormin, 80. Vendel, 90+4.

Yuventus (İtaliya) – çelsi (İngiltərə) 1:0
Qol: Kyeza, 46.

Yuventus – 6, çelsi – 3, Zenit – 3, Malmö – 0

F qrupu

Atalanta (İtaliya) – Yanq Boyz (İsveçrə) 1:0
Qol: Pessina, 68.

Mançester Yunayted (İngiltərə) – Vilyarreal (İspaniya) 2:1
Qol: Telles, 60. Ronaldo, 90+5 – Alkaser, 53.

Atalanta – 4, Yanq Boyz – 3, Mançester Yunayted – 3, Vilyarreal – 1

E qrupu

Benfika (Portuqaliya) – Barselona (İspaniya) 3:0
Qol: D.Nunes, 3; 79-pen. R.Silva, 69.

Bayern (Almaniya) – Dinamo (Kiyev, Ukrayna) 5:0
Qol: Levandovski, 12; 27. Qnabri, 68. Sane, 74. Şupo-Motinq, 87.

Bayern – 6, Benfika – 4, Dinamo – 1, Barselona – 0

G qrupu

Volfsburq (Almaniya) – Sevilya (İspaniya) 1:1
Qol: Şteffen, 49 – Rakitiç, 86-pen.

Zalsburq (Avstriya) – Lill (Fransa) 2:1
Qol: Adeyemi, 35-pen; 53-pen – B.Yılmaz, 62.

Zalsburq – 4, Sevilya – 2, Volfsburq – 2, Lill – 1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest