"Mançester Yunayted"in yarımmüdafiəçisi Antoni Marsyalın Premyer Liqanın VIII turunda "Nyukasl"ın (3:2) qapısından keçirdiyi top komandaya baha başa gəlib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Old Trafford"dakı qarşılaşmada fransalı oyunçu "qırmızı şeytanlar"ın heyətində 25-ci qolunu vurub.

"Mançester Yunayted" 2015-ci ildə onu "Monako"dan transfer etdiyi zaman klublar arasındakı razılığa görə, Marsyal 25 qol həddinə çatdığı zaman ingilislər qarşı tərəfə 10 milyon avro bonus ödəyəcək. 23 yaşlı hücumameyilli futbolçu 25-ci qolunu vurduğundan, Knyazlıq klubu büdcəsinə 10 milyon avro əlavə edəcək.

Qeyd edək ki, "Mançester Yunayted" Marsyalı 60 milyon avroya transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest