Futbol üzrə İspaniya La Liqasında 7-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
 
Turun açılış matçında “Atletiko” səfərdə autsayder “Alaves”in qonağı olub. Son çempion bu oyundan xalsız dönüb.
 
Lider “Real” bu turda “Vilyarreal”ın müqavimətini qırmağa çalışıb. Lakin Madrid təmsilçisi də turu xal itkisi ilə başa vurub.
 
“Valensiya” – “Atletik” matçı da heç-heçə bitib. “Sevilya” isə “Espanyol”u məğlub yola salıb.
 
İspaniya La Liqası
7-ci tur
25 sentyabr
 
Alaves – Atletiko 1:0
Qol: Laquardiya, 4.
 
Valensiya – Atletik 1:1
Qol: M.Andre, 90+5 – Martines, 69.
 
Sevilya – Espanyol 2:0
Qol: En Nesiri, 13. Mir, 87.
 
Real – Vilyarreal 0:0
 
26 sentyabr
 
16:00 Malyorka – Osasuna
18:15 Barselona – Levante
20:30 Rayo Valyekano – Kadis
20:30 Real Sosyedad – Elçe
23:00 Betis – Xetafe
 
27 sentyabr
 
23:00 Selta – Qranada

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest