Hazırda klubsuz qalan braziliyalı futbolçu Dani Alves yaşıl meydanlara qayıdacağı vaxtı açıqlayıb. Matc.az xəbər verir ki, 38 yaşlı müdafiəçi bu ilin sonuna qədər heç bir komandaya keçməyəcəyini bildirib.
 
O, bu barədə Braziliya mətbuatına açıqlamasında deyib. Alves 2022-ci ilin əvvəlində özünə yeni klub tapmaq niyyətindədir.
 
Karyerası ərzində "Barselona", "Yuventus", PSJ kimi klublarda çıxış edən Alvesin son ünvanı Braziliya təmsilçisi "San Paulo" olub. O, bu yaxınlarda maaşının gecikməsi səbəbindən sözügedən klubla müqaviləsinə xitam verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest