"Transfer pəncərəsi" bağlı olsa da, "Sumqayıt" heyətini gücləndirməkdə davam edir. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "kimyaçılar" növbəti futbolçunu heyətə cəlb edib.

2011-2015-ci illər aralığında komandanın şərəfini qorumuş Orxan Əliyev yenidən "Sumqayıt"a qayıdıb. O, "gənclik şəhəri" təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Əliyev "Sumqayıt"da 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 22 yaşlı Əliyev 2011-2015-ci illərdə "Sumqayıt"ın heyətində meydana çıxdığı 73 qarşılaşmada 14 dəfə rəqib qapılarına yol tapıb. Son mövsümü "Zirə"də (5 oyun) keçirmiş yarımüdafiəçi "Xəzər Lənkəran" (8 oyun) və "Kəpəz"in də (39 oyun, 3 qol) şərəfini qoruyub. Orxan həmçinin U-16 (1 oyun), U-17 (5 oyun, 1 qol), U-18 (1 oyun), U-19 (5 oyun) və U-21 (3 oyun) millilərimizin də formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest